Azərbaycan səhiyyə naziri Türkiyədə həmkarları ilə ikitərəfli görüşlər keçirib
20.10.2023 17:31

İstanbul şəhərində keçirilən “IX Türk Tibb Dünyası Qurultayı” çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürek, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenalıyev, Gürcüstanın səhiyyə naziri Zurab Azaraşivili, Şimali Makedoniyanın səhiyyə naziri Fatmir Meciti və Kuba Respublikasının ictimai səhiyyə nazirinin müavini Tania Margarita Cruz Hernandezilə ikitərəfli görüşlər keçirib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə, tibb təhsilində ölkələr arasında əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

 

Keçirilən görüşlərdə tərəflər arasında Türk dünyası ölkələri üçün səhiyyənin rəqəmsallaşdırılmasının əhəmiyyəti, dünya səhiyyəsində yeni çağırışların tətbiqi və müxtəlif platformalara ehtiyac olduğu vurğulanıb.


Həmçinin ölkələrdə səhiyyədə həyata keçirilən uğurlu islahatların nəticələri, elmi araşdırma mərkəzlərində aparılan tədqiqatlar, stomatologiya, daxili xəstəliklər, transplantasiya və tibbi turizmin inkişafı ilə bağlı əməkdaşlıq barədə danışılıb.

 

Qeyd olunub ki, “IX Türk Tibb Dünyası Qurultayı” türkdilli dövlətlərdə tibb elminin müasir əsaslarla inkişafı, səhiyyədə mütərəqqi texnoloji həllərin, müasir müalicə üsullarının tətbiqi sahəsində fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, tədbirin səhiyyədə süni intellektin tətbiqi imkanlarının elmi əsaslarla araşdırılması, yeni tibb xidmətinin fəlsəfəsinin bərqərar olması, müasir standartların formalaşmasında əvəzsiz töhfələr verəcəyi bildirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır