Salyanda “Məişət zorakılığına yox deyək!” mövzusunda maarifləndirici aksiya təşkil olunub  
22.10.2023 10:17
Salyanda “Məişət zorakılığına yox deyək!” mövzusunda maarifləndirici tədbir və aksiya keçirilib.
 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Salyan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə təşkil olunan maarifləndirici tədbirlərdə ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, Şalyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əzizağa Yaqubov giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirin məqsədi zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva zərərli vərdişlərdən və zorakılıqdan qorunma yollarını təbliğ edən mıqsədyönlü tədbirlərin əhəmiyyətini vurğulayaraq, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması üçün səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarda əhali arasında geniş təşviqat aparıldığını diqqətə çatdırıb.
 
Mərkəzin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, zorakılıq, məişət zorakılığı, məişət zorakılığının növləri, müdafiə mexanizmləri, ölkəmizdə məişət zorakılığı ilə mübarizə istiqamətində mövcud qanunvericilik aktları barədə ətraflı məlumat verib.
 
Tədbir iştirakçıları ilə mövzu ilə əlaqədar səmərəli fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.
 
Rayonda, həmçinin yerli sakinlərin və könüllülərin iştirakı ilə “Məişət zorakılığına yox deyək!” adlı təşviqat aksiyası keçirilib, iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub