Sığorta ilə əlaqədar ilkin tibbi-sanitariya yardımın göstərilməsi qaydası dəyişir
22.10.2020 21:31

İcbari tibbi sığorta ilə əlaqədar ilkin tibbi-sanitariya yardımın göstərilməsi qaydası dəyişir.

 

Bu, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qanun layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı - əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi–sanitar maarifləndirmə işinin apaprılmasından ibarət tibbi yardım növü kimi qeyd edilir.

 

İlkin tibbi-sanitariya yardımı “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, həyata keçiriləcək. İlkin tibbi-sanitariya yardımın təşkili və göstərilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

 

Qüvvədə olan qanuna əsasən, ilkin tibbi-sanitariya yardımı hər vətəndaş üçün pulsuz göstərilən tibbi xidmət növü idi.

 

Bu xidmətə geniş yayılmış xəstəliklərin, eləcə də travmaların, zəhərlənmələrin və digər təxirəsalınmaz yardım tələb edən xəstəliklərin müalicəsi;

- ilkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən psixi pozuntuların müalicəsi;

- sanitariya-gigiyenik və əksepidemik tədbirlərin keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi profilaktikası;

- ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxil edilirdi.

 

İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən təmin olunurdu.

 

Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibb-sanitariya yardımı göstərirdilər.

 

Qeyd edək ki, qanun layihəsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Tibbi sığorta keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına (tibbi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda) göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və sair xərclər formasında ödənilir. Tibbi sığortanın tətbiqi isə eyni zamanda tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsi qaydasını da dəyişmiş olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır