İcbari tibbi sığorta çərçivəsində Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyası əməliyyatları icra olunur  
19.10.2023 14:20
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyası əməliyyatları icra olunur.
 
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
 
Bildirilib ki, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, tanınmış transplantoloq, t.ü.f.d. Mircəlal Kazımi və onun komandası tərəfindən icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində 2023-cü ilin avqust ayından etibarən orqan transplantasiyası əməliyytaları icra olunur.
 
Bu müddət ərzində Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazımi və onun komandası tərəfindən 7 qaraciyər transplantasiyası əməliyyatı və Dövlət Proqramı ilə 4 böyrək transplantasiyası əməliyyatı icra olunub.
 
İcbari sığorta ilə qaraciyər əməliyyatı olunan 54 yaşlı şəhid atası Mübariz Dərziyevin səhhətində sirrozun yaratdığı ağırlaşmalar ortaya çıxdığı zaman 23 yaşlı oğlu onun donoru olub. Əməliyyatdan 14 gün sonra evə yazılıan pasiyent Mübariz Dərziyev İcbari Tibbi Sığorta, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır