Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Müstəqilliyin Bərpası Günü qeyd olunub
18.10.2023 16:24
TƏBİB-in tabeliyində olan Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini icra edən Tarix İslamov müstəqilliyimizin əbədiliyi və dönməzliyinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, xalqımızın özünün əsl müstəqilliyini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdiyini və möhkəm əsaslar üzərində yeni inkişaf xətti qurduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Milli Məclisində Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanun təsdiqlənib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
 
Daha sonra Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkimi, rayon Ziyalılar Şurasının sədri Sabir Novruzov qeyd edib ki, Azərbaycan xalqının ən böyük arzusu ərazi bütövlüyünun bərpası idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır