"Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Mehman Qurbanov
21.10.2023 09:47
"Həkimlərimizi tanıyaq!” rubrikamızda bu dəfə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinin müdiri Mehman Qurbanovu oxuculara təqdim edirik.
 
O, 26 iyul 1959-cu ildə İsmayıllı şəhərində anadan olub. 1978-1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alıb. 1984-1985-ci illərdə Bakı şəhərindəki 1 saylı şəhər klinik xəstəxanasında internatura kursu keçib.
 
1985-ci ildən fəaliyyətə başlayan Mehman Qurbanov Gəncə Təcili yardım xəstəxanasında, 1994-1997-ci illərdə isə Silahlı Qüvvələrdə həkim-reanimatoloq vəzifəsində çalışıb. Daha sonra Gəncə Reabilitasiya Mərkəzində baş həkim, 2007-2012-ci illərdə Endokrinoloji xəstəxanada, 2012-2017-ci illərdə isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında həkim-reanimatoloq kimi fəaliyyət göstərib. 2017-ci ildən fəaliyyətini Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanada davam etdirən Mehman Qurbanov hazırda xəstəxananın Reanimasiya şöbəsinin müdiridir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər