“Xəstəxanaöncəsi Travma Təməl Həyat Dəstəyi” təlimləri təşkil edilib
16.10.2023 16:01
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi təhsil və İnnovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin əməkdaşları üçün “Xəstəxanaöncəsi Travma Təməl Həyat Dəstəyi” (PHTLS – Pre-hospital Trauma Life Support) təlimləri təşkil edilib.
 
Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Təlimdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindən, eləcə də Yevlax, Masallı, Şamaxı, Lənkəran, Bərdə, Göyçay rayonlarından olan Təcili Tibbi Yardım həkimləri iştirak ediblər.
 
Təlimdə ÜST-nin ekspertləri Okan Ok, Ridvan Atilla və Başak Bayram təcili tibbi yardım xidmətinin əsas nəzəri və praktiki bilikləri barədə iştirakçılara ətraflı məlumatlar veriblər. Bundan başqa, xəstələrin ambulansla təxliyəsi qaydaları, eləcə də xəstəxanaların təcili yardım şöbələrində sonrakı idarəedilməsi istiqamətində tibbin son nailiyyətlərindən danışıblar.
 
Həmçinin, dinləyicilər manikenlər və mulyajlar üzərində simulyasiya tapşırıqlarını yerinə yetiriblər.
 
Təcili yardım həkimlərinin bu təlimlərdə öyrəndiklərini digər həmkarları ilə bölüşməsi də planlaşdırılır.
 
PhTLS təlimlərinin davamlı şəkildə təşkili nəzərdə tutulub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb