Oktyabrın 22-si Beynəlxalq Kəkələyənlər Günüdür
22.10.2020 14:50

Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur. 1998-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, bu tarixin təsis edilməsi 1995-ci ildə yaradılmış Beynəlxalq Kəkələyənlər Assosiasiyasına məxsusdur. Assosiasiyanın məlumatlarına əsasən, dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, bu problemə daha çox oğlanlar arasında rast gəlinir. Səbəbi tam bilinməsə də, nitq qüsuru hesab olunur və 2-6 yaşlarda daha aktiv hiss edilir.

 

Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən, hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.

 

Loqopedik ədəbiyyatda kəkələmə belə təsvir olunur: “Nitqin ahəngdar ritminin pozulması danışıq aparatı əzələlərinin qıcolması ilə əlaqədardır”. Əksər hallarda kəkələmə loqofobiya - danışmaqdan qorxu xofu ilə əlaqədar olur.

 

Cəmiyyətin kəkələyən adamlara yanlış münasibəti, ümumilikdə, insan həyatına və onun emosional vəziyyətinə ciddi təsir göstərir, bu da çox vaxt stresə və özünəqapanmaya səbəb olur. Kəkələyən uşaqlar təəssüf ki, əksər hallarda istehza hədəfinə çevrilir.

 

Kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiya və nəfəs məşqlərindən istifadə olunur. Valideynlər isə ilk növbədə uşaqların sərbəst ünsiyyətə girməsi və özünü ifadə etməsi üçün normal mühit yaratmalıdırlar.

 

Qeyd edək ki, kəkələmə kimi nitq qüsuru bir çoxlarının məşhurlaşmasına və gözəl danışıq tələb edən sahələrdə özünü ifadə etməsinə mane olmayıb. Onların arasında - kinorejissorlar, aktyorlar, siyasətçilər, şairlər, sərkərdələr, din xadimləri, televiziya aparıcıları və digər peşələrin nümayəndələri də var. Kəkələmədən antik dövrün məşhur natiqlərindən biri Demosfen, ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, məşhur kino aktrisası, müğənni və model Merilin Monro və ingilis fiziki, riyaziyyatçısı, astronomu və kimyaçı alim İsaak Nyuton kimi məşhurlar da əziyyət çəkib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır