Mərkəzi Gömrük Hospitalında tədqiqatların aparılmasına dair işgüzar görüş keçirilib
15.10.2023 17:03

Mərkəzi Gömrük Hospitalında tədqiqat işlərinin aparılmasına dair “Albatros Health Care” MMC-nin təmsilçisi Anar Ağalarov ilə görüş keçirilib.

 

Bu barədə məlumat Aztibb.az-a Hospitaldan verilib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova və Tibbi Laboratoriyanın rəis əvəzi Səbinə İbrahimova iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxışında hazırda hospitalda həyata keçirilən 3 tədqiqat işi barədə, eləcə də dünyada və Azərbaycanda çox aktual olan tibbi problemlər, əhali arasında geniş yayılmış və qarşısı alına bilən qeyri-infeksion xəstəliklər, məsələn, uşaqlıq boynu xərçəngi və bu cür xəstəliklərin aşkarlanması və mütəmadi olaraq bu barədə əhalinin maarifləndirilməsi, çox effektiv skrininq proqramlarının tərtib olunması məqsədilə aparılan araşdırmalar barədə ətraflı məlumat verib.

 

Görüşdə tədqiqatların aparılmasına dair Mərkəzi Gömrük Hospitalının “Albatros Health Care” MMC ilə işgüzar əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə həyata keçiriləcək layihələrdən danışılıb. Əməkdaşlıq çərçivəsində xərçəngin profilaktikası ilə bağlı skrininq aparılması tədqiqatlarında Mərkəzi Gömrük Hospitalında başlamaqla növbəti mərhələlərdə digər qurumların iştirakı ilə tədqiqat protokollarının hazırlanması xatırlanıb.

 

Digər olkələrdə sübuta yetirilib ki, uşaqlıq boynu xərçənginin aparici səbəbi HPV virusudur və onun müvafiq genetik variantlarıdır. Bu xəstəliyin Azərbaycanda yayılması, onun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir, təəssüf ki, bununla bagli  elmi araşdırmalar yetərsizdir. Bu tədqiqat məhz həmin məsələlərə aydınlıq gətirməyə və ölkədə usaqlıq boynu xərçənginə dair milli skrininq proqramına dair tövsiyələr verməyə imkan yaradacaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir