“Ağciyər sağlamlığı” mövzusunda elmi konfrans keçirilib  
15.10.2023 09:33

Oktyabrın 13-də “Radisson Hotel”də “Ağciyər sağlamlığı” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub.

 

Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin Ağciyər Sağlığı və Yoğun Bakım Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov çıxış edərək ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil və səhiyyə sahəsində də dinamik inkişafının müşahidə edildiyini söyləyib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, R.Bəylərov ölkə başçısının səhiyyə sahəsində apardığı islahatlar nəticəsində vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin xeyli yüksəldiyini diqqətə çatdırıb. Bildirib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə yeni tibb müəssisələrinin tikilməsi və müasir tipli avadanlıqlarla təchiz edilməsi bu yüksəlişin bariz nümunəsidir: “Aparılan məqsədyönlü siyasət Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə və tibb təhsilinə inteqrasiyasına zəmin yaradır. Azərbaycan Tibb Universitetində də bu istiqamətdə əhəmiyyətli işlər görülüb və görülür. Həyata keçirilən layihələrdə qardaş Türkiyədən, o cümlədən tibb təhsili verən universitetlərdən daim böyük dəstək alırıq”.

 

Professor R.Bəylərov pulmanologiyanın aktual problemlərinə həsr olunmuş bu konfransın iki qardaş ölkənin mütəxəssisləri tərəfindən keçirilməsindən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, ümumilikdə bronx-ağciyər patologiyalarının sayı 800-dən çoxdur, bunların təxminən 200-ə qədəri səpələnmiş xəstəliklərdir. Bronx-ağciyər patologiyaları həm dünyada, həm də ölkəmizdə ən çox rast gəlinən, insanların əmək qabiliyyətini itirməsinə və ölümünə səbəb olan əsas patologiyalardan biridir.

 

Bronx-ağciyər patologiyalarının aktual problemlərinə dair maraqlı məruzələrin dinləniləcəyinə inandığını söyləyən prorektor, çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

 

Konfransın sədr müavini, Ankara Universitetinin Tibb fakültəsinin Döş qəfəsi xəstəlikləri kafedrasının professoru Akın Kaya və Bakırçay Universitetinin Tibb fakültəsinin Döş qəfəsi xəstəlikləri kafedrasının professoru Ahmet Emin Erbaycu da açılış mərasimində çıxış ediblər. Qardaş ölkədə olmaqdan məmnunluqlarını dilə gətirən professorlar hər iki ölkə üçün önəmli olan bu cür konfransların gələcəkdə də davamlı şəkildə, sıx əməkdaşlıq çərçivəsində keçirilməsinin vacibliyindən danışıblar.

 

ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov pulmanologiya sahəsində qardaş Türkiyə ilə sıx əlaqələrimizin olmasına xüsusi diqqət çəkib. Türkiyədən 70-ə yaxın qonağın, həmçinin onların arasında dünya səviyyəsində tanınan mütəxəssislərin, eləcə də ağciyər patologiyaları ilə məşğul olan azərbaycanlı həkimlərin qatıldığı konfransın iki qardaş ölkə mütəxəssisləri arasında fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.

 

Konfrans öz işini iki gün ərzində bölmə iclasları ilə davam etdirəcək. “Astmanın müalicəsi”, “Tənəffüs yollarının bədxassəli obstruksiyasının müalicəsi”, “YİKT görüntüləri (düyünlü, xətti, mozaik)”, “Dərmanlara davamlı ağciyər vərəmi”, “Ağciyər emboliyası” mövzularında və bronx-ağciyər patologiyalarının diaqnostikasında böyük əhəmiyyətə malik olan radioloji müayinələr haqqında məruzələr dinləniləcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb