Mərkəzi Gömrük Hospitalının rəis müavini Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransda iştirak edib
13.10.2023 16:14
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransda iştirak edib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, tibb təhsili üzrə beynəlxalq reytinqlərdə ön sıralarda yer tutan nüfuzlu təhsil müəssisələrinin elm adamlarının qatıldığı konfransda dünyanın 30-dan çox tanınmış ekspertinin ən aktual mövzularda məruzələri dinlənilib, "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl, yeni yanaşmalar təqdim olunub və ən yaxşı təcrübələr paylaşılıb.
 
Konfransın işi çərçivəsində keçirilən müxtəlif mövzular üzrə simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə edilib. Tibb tələbələri və həkim-rezidentlərin klinik düşüncə və ona əsaslanan qərarların qəbulu qabiliyyəti və səriştələrinin qiymətləndirilməsinə həsr olunmuş simpoziumda rəis müavini Nabil Seyidov Mərkəzi Gömrük Hospitalının tibb təhsilində olan təcrübəsi barədə məruzə ilə çıxış edib.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Azərbaycanın qabaqcıl tibb müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Azərbaycan Tibb Universiteninin, o cümlədən 2 saylı Bakı Baza Tibb kollecinin tələbələrinə praktiki dərslər tədris olunur. Tədris prosesində tələbələrin Mərkəzi Gömrük Hospitalında uğurla icra olunan orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi və digər mürəkkəb əməliyyatları müşahidə etməsi onların bilik-bacarıqlarının artırılmasında xüsusi rol oynayır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb