"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Dünyamalı Məmmədli
15.10.2023 17:13
"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız zəngin iş təcrübəsinə malik peşakar həkimlərimizdən biri də Dünyamalı Məmmədlidir.
 
O, 11 iyul 1955-ci ildə Neftçala rayon Qırmızıkənd kəndində anadan olub. 1973-cü ildə N. Nərimanov adına Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub, 1979-cu ildə universiteti müvəffəqiyyətlə bitirib. Bir il Bakı şəhəri N. Nərimanov adına İnfeksiyon xəstəxanasında internatura keçib.
 
Dünyamalı Məmmədli 1981-1982-ci illərdə Xd-zona xəstəxanasında həkim işləyib. 1983-cü ildən indiyənədək Neftçala Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Kürkənd kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışır.
 
1987-1989-cu illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun I və II Terapiya kafedrasında 3 aylıq terapevtik kurs keçib. Həmçinin Klinik kardiologiyada 2 aylıq təkmilləşdirmə kursu keçib.
 
O, 1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində olan Ali Attestasiya komissiyasında imtahan verib, Dünyamalı Məmmədliyə Səhiyyə Nazirliyinin əmri ilə birinci dərəcəli həkim terapevt ixtisası verilib. 2003-cü ildə yenidən Daxili Xəstəliklər Klinikasında “Təxirəsalınmaz vəziyyətlər” kursu üzrə 2 aylıq tematik təkmilləşdirmə kursu keçib. 2010-2018-ci illərdə Həkimlərin sertifikasiyasından keçib. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub