Mərkəzi Gömrük Hospitalında könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb
11.10.2023 15:53

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 10-cu “Könüllü gömrükçü” dəstəsinin 7 üzvünün DGK-nın Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyətinin başa çatması ilə bağlı Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçülər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Rəis müavini Şahlar Mirqasım könüllülük hərəkatının inkişafı çərçivəsində DGK-nın Tibbi Xidmət İdarəsində 11 iyul – 11 oktyabr 2023-cü il tarixlərində fəaliyyət göstərmiş könüllü gömrükçülərin fəaliyyətini yüksək qiymətləndirib və onların iş prosesində öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə seçildiklərini qeyd edib.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev çıxış edərək könüllü gömrükçülərə bilik və təcrübi bacarıqlarının artırılması istiqamətində öz tövsiyələrini verib və gələcək karyeralarında uğurlar arzulayıb.

 

Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində fəaliyyət göstərmiş Gülgün Abdullayeva, Minəvvər Niftullayeva, Aydan Paşazadə, Fatimə Zeynallı, Roza Rəhimli, Bahar Mirzəliyeva və Ləman Alxasovaya təşəkkürnamələr təqdim edilib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv