Gündəlik müntəzəm şəkildə 30 dəqiqə fiziki aktivlik bir çox xəstəliklərin yaranma riskini azaldır
11.10.2023 13:04

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim-diyetoloqu Pərvin Mustafayeva Aztibb.az-a piylənmədən qorunmanın yolları barədə məlumat verib.

 

Diyetoloq bildirib ki, insanlar həyat boyunca müvafiq səviyyəli fiziki aktivliklə məşğul olmalıdırlar. Ən azı gündəlik müntəzəm şəkildə 30 dəqiqə fiziki aktivlik ürək-damar xəstəliyi, şəkərli diabet, yoğun bağırsaq və döş xərçəngi kimi xəstəliklərin yaranma riskini azaldır. Onun sözlərinə görə, əzələlərin bərkidilməsi və tarazlığı saxlamaq üçün edilən məşqlər yıxılma saylarını azaldır və yaşlı nəsildə hərəkətliliyi yaxşılaşdırır. Düzgün çəkini qoruyub saxlamaq üçün daha yüksək səviyyədə fiziki aktivlik tələb olunur.

 

“Sağlam qida sağlam həyat deməkdir. Xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır və müxtəlif mənşəli xəstəliklərlə insan qarşılaşır. Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək, ilk ayda hər yarım saatdan bir 20-30 qram çiy su içmək bir müalicə üsulu sayilir. Çox sadə müalicə üsuludur. Bu müalicə üsullarından biri də, normal yuxu qəbul etmək əsas şərtlərdən biridir”, - deyə P.Mustafayeva əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub