I Beynəlxalq Avrasiya Çempionatı keçirilib
09.10.2023 19:39

Bu gün Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə dəstəyi, lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan Birliyinin təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş natural bodibildinq və fitnes üzrə I Beynəlxalq Avrasiya Çempionatı keçirilib.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzindən bildirilib.

 

Yarışdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

 

Tədbirin bədii hissəsinə Azərbaycan Televiziyasının və Muğam Mərkəzinin solisti, "1st lNBA Eurasia Championship" beynəlxalq turnirinin fəxri səfiri Mirələm Mirələmovun ifası, həmçinin  Azərbaycan Rəqs qrupu və Baku Band qrupunun çıxışı ilə  yekun vurulub.

 

Daha sonra Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanın inkişafına verdiyi töhfələrdən danışıb.

 

INBA Qlobal Azərbaycan və lNBA Qlobal Avrasiya Birliyinin prezidenti Elnur Şıxəliyev yarışın mahiyyəti haqqında vəlumat verib. O, ilk dəfə ölkəmizdə təşkil olunan I Avrasiya Çempionatında fiziki məhdudiyyətli idmançıların da iştirak etdiyini vurğulayıb. Bildirib ki, məqsəd fiziki məhdudiyyətli idmançıların təlim-məşq toplanışına cəlb edərək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.

 

Azərbaycan Televiziyasının və Muğam Mərkəzinin solisti Mirələm Mirələmov və INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan Birliyinin prezidenti Elnur Şıxəliyev Azərbaycan Qan Donorlarının İnkişafı Mərkəzinin idarə heyətinin qərarı ilə fəxri üzv qəbul olunublar. Fəxr üzv diplomlarını AQDİM-nin idarə heyətinin sədri Fuad Rəsul təqdim edib.

 

İdman yarışına ilk olaraq fiziki məhdudiyyətli idmançıların çıxışı ilə start verilib. Həmçinin turnirdə fiziki məhdudiyyətli şəxslərin, eyni zamanda irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların əl işlərinin sərgi-satış yarmarkası da təşkil olunub.

 

Çempionatda 100-ə yaxın idmançı Kids Fitnes, Fizikal Çelenced, Men's Fizik, Sport Model, Men's Atletik, Classic Fizik və Men's bodibildinq kateqoriyalarında mübarizə aparıblar.

 

Fərqlənən idmançılara diplom, medal, kubok və dəyərli hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yarış sonrası Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı ilə   hakimlər, atletlər və  idarə heyətinin üzvləri "Sağlam olaq, Donor olaq!" devizi altında qanvermə aksiyasında iştirak edəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır