Bayramlı qəsəbə həkim məntəqəsində yerli sakinlər üçün səyyar tibbi müayinə aksiyası təşkil olunub
08.10.2023 20:07

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tabeliyindəki Bayramlı qəsəbə həkim məntəqəsində yerli sakinlər üçün səyyar tibbi müayinə təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından məlumat verilib.

 

Vətəndaşlar ixtisaslı həkim və laborant heyəti tərəfindən müayinə olunub, diaqnozlarına uyğun müalicə təyin edilib.


Səyyar müayinə zamanı sakinlər portativ USM müayinəsi, kardioloqun konsultasiyası və ürəyin EKQ müayinəsindən faydalanıblar. Eyni zamanda, laboratoriyada müayinə olunmaq üçün müvafiq qan nümunələri götürülüb, oftalmoloji və nevroloji müayinələr aparılıb.

Ətraflı müayinə və müalicə məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına dəvət olunub.

 

Səyyar tibbi aksiyanın məqsədi vətəndaşlara tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etməkdən, xəstəxanalara gələ bilməyən vətəndaşlar üçün müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

 

Sakinlər aksiyanın təşkilatçılarına və həkim briqadasına minnətdarlıqlarını bildiriblər.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının növbəti səyar tibbi aksiyası Hacıqəhrəmanlı qəsəbəsində də keçirilməsi planlaşdırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev