Şəmkirdə “Ümummilli Lider və milli səhiyyəmizin inkişafı” mövzusunda tədbir keçirilib
08.10.2023 10:15

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Ümummilli Lider və milli səhiyyəmizin inkişafı” mövzusunda tədbir keçirilib.

 

Bu barədə Aztibb.az Xəstəxananın feysbuk səhifəsinə istinadla bildirir.

 

Tədbirdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edildiyini söyləyib.

 

Direktor qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, islahatlar aparılıb. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılıb.

 

"Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində islahatlar da Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - deyə bildirən E.İsmayılov əlavə edib ki, dövlət başçısının səhiyyənin inkişafına diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

 

Diqqətə çatdırılıb ki, yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə göstərilən diqqət Prezidentin Azərbaycan səhiyyəsinin inkişafı sahəsində gördüyü işlərin sübutudur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev