"AstraZeneca" vaksininin sınağında iştirak edən könüllü öldü
21.10.2020 23:07

Braziliyanın Sağlamlığa Nəzarət Üzrə Milli Agentliyi Britaniyanın "AstraZeneca" şirkəti və Oksford Universitetinin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinin sınaqlarında iştirak etmiş ölkə vətəndaşının həlak olması haqqında bəyanat yayıb.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, sənəddə ölüm səbəbi konfedensiallıq baxımından bildirilmir. Həmçinin ölən şəxsin plasebo və ya aktiv preparat könüllüsü olduğu açıqlanmır.

 

"AstraZeneca"dan bildirilib ki, şirkət hələlik vaksinin sınağında iştirak etmiş şəxsin ölümünə dair rəsmi mövqeyə malik deyil və bu informasiyanı şərh etmir.

 

Oksford Universitetinin nümayəndəsi vəziyyəti şərh edərək bildirib ki, vaksin təhlükəsizdir və onun sınaqları davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır