Tanınmış kardioloq ATU-nun gənc həkimlərinə və rezidentlərə mühazirə oxuyub
05.10.2023 17:28
Oktyabrın 5-də ATU-nun Rezidentura və magistratura şöbəsinin və Tədris Cərrahiyyə Klinikasının birgə təşkilatçılığı ilə universitetin Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, klinikanın Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq, t.ü.f.d Qalib İmanov gənc həkimlər və rezidentlər üçün “Kəskin ürək-damar çatışmazlığı” (etiopatogenezi, klinik variantları) mövzusunda mühazirə söyləyib.
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov əvvəlcə toplantıda iştirak edən həkim-müəllimləri Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edib.
Daha sonra məruzəçinin bu sahədə aparıcı mütəxəssis olduğunu və universitet rəhbərliyinin bu seminarları diqqət mərkəzində saxladığını vurğulayaraq, gənc həkimləri və rezidentləri yaradılan bu imkandan maksimum faydalanmağa çağırıb.
Qeyd olunan xəstəlik barədə məlumat verən Qalib İmanov çıxışında bildirib ki, ürək çatışmazlığı kəskin və xroniki gedişata malikdir. Onun sözlərinə görə, ürək çatışmazlığı arterial hipertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması - miokard infarktı nəticəsində ürəyin, daha doğrusu ürək əzələsinin gücə düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur. Nəticə etibarilə orqan və toxumaların hipoksiyası və digər metabolizm pozğunluqları meydana çıxır.
Qalib İmanov bildirib ki, kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir: “Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya, ya da bradikardiyalar, travma nəticəsində meydana çıxan ürək tamponadası, ürək qapaqçıqlarının vətər elementlərindən birinin qəfləti qırılması, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu patoloji funksional pozğunluğa orqanizm hazır olmadığı üçün kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlayır.
Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edir və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır”.
Məruzəçi anadangəlmə və sonradan qazanılmış ürək qüsurlarından da bəhs edərək onların əlamətləri, gedişatı və təsnifatı, həmçinin səbəbləri, patogenezi və təzahürləri barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda müzakirəyə çıxarılan mövzu ətrafında suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

