ATU əməkdaşları BMT-nin tədbirində məruzə oxuyublar  
04.10.2023 13:10

ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və assistent Səbinə İsrafilova Beynəlxalq Davamlılıq Cəmiyyəti (ISC) və tərəfdaşlarının birgə hazırladığı BMT-nin 78-ci Ümumi Yığıncağı çərçivəsində məruzə ilə çıxış ediblər.

 

Aztibb.az-a verilən məlumata görə, “Elm və təhsil sahəsində qlobal elmi əməkdaşlıq və innovasiyaların genişləndirilməsi yolu ilə davamlı inkişafa nail olmaq” adlı IX Elmi Zirvə sammitində onların “Morfoloji fənlərin tədrisində interaktiv metodların rolu” mövzusunda çıxışı maraq doğurub.

 

Zirvə sammitinin məqsədi qlobal elm mexanizmlərini və fəaliyyətlərini nümayiş etdirmək üçün elm sahəsində əməkdaşlıqları genişləndirmək olub. ATU əməkdaşlarının bu istiqamətdə töhfəsi isə Kahoot və Mentimeter kimi interaktiv üsullardan istifadə edərək, ənənəvi üsullarla müqayisədə histologiya dərslərində tələbələrin aktivliyinin və fənnə olan marağın artmasının təhlilinin aparılması olub. Belə ki, tələbələrin histoloji preparatların və elektronoqramaların nümayişi ilə interaktiv sorğular və testlərə verdikləri cavablara əsasən liderlər siyahısı müəyyən edilib. Beləliklə, dərhal səhvlərini anlaya və bundan nəticə çıxararaq, fənni daha yaxşı mənimsəyə biliblər. Nəticədə tələbələrin ənənəvi üsullarla müqayisədə daha aktiv olmaları və dərsə marağın artması müşahidə edilib.

 

Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır