Tibb üzrə fəlsəfə doktoru Sevinc Seyidəliyeva - Peşəkar həkimlərimizi tanıyaq!
06.10.2023 09:38
Həkim-ginekoloqlar qadın həyatının müxtəlif dövrlərində qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olan dəyərli və peşəkar insanlardır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında təqdim edəcəyimiz həmin peşəkar insanlardan biri də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkim mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Mirtənzil qızı Seyidəliyevadır.
 
O, 4 sentyabr 1976-cı ildə Bakıda anadan olub. 1994-cü ildə ATU-nun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 2000-2002-ci illərdə II Mama-ginekologiya kafedrasının kliniki ordinaturasını keçib.
 
Sevinc Seyidəliyeva 2000-2015-ci illərdə ATU-da II mama-ginekologiya kafedrasında mama-ginekoloq, kafedranın asistenti işləyib. 2015-2022-ci illərdə Ağsu RMX-nın Ginekologiya şöbəsi və Doğum Evində şöbə müdiri, mama-ginekoloq cərrah kimi çalışıb. 2022-ci ilin oktyabrında İsmayıllı RMX-nın Mama-ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 aprel 2012-ci il tarixli qərarı ilə Sevinc Seyidəliyeva tibb üzrə fəlsəfə doktoru elmi dərcəsini alıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev