TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları 74-cü Beynəlxalq Astronavtika Konqresinə təhkim olunublar  
04.10.2023 15:36
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları 50 ildən sonra ikinci dəfə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində xidmət edirlər.
 
 
Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Bakı Konqres Mərkəzində keçirilən açılış mərasimində və 29 sentyabr - 1 oktyabr tarixlərində keçirilən tədbirlərdə 2 təcili yardım briqadası fəaliyyət göstərib.
 
Oktyabrın 2-dən başlayaraq oktyabrın 6-na qədər isə 6 təcili yardım briqadası növbəli rejimdə çalışacaq.
 
Briqadaların tərkibi həkim, feldşer və sürücüdən ibarətdir. Növbəli iş rejimi tətbiq edilməklə Konqresə təhkim olunan personalın ümumi sayı 61 nəfərdir.
 
Briqadalar hər gün səhər saat 06:45-dən başlayaraq tədbir başa çatana qədər (təxminən 21:00 radələrinə qədər) xidmət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır