Özbəkistanlı həkimlər "Yeni Klinika"da olublar
02.10.2023 18:41

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası çərçivəsində Özbəkistan Respublikasından gələn həkim nümayəndə heyəti TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nı ziyarət edib.

 

"Yeni Klinika"dan Aztibb.az-a bildirilib ki, qonaqlara klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində icra edilən əməliyyatlar və göstərilən xidmətlər barəsində geniş məlumat verilib.

 

Nümayəndə heyəti gələcəkdə əməkdaşlıq çərçivəsində mübadilə proqramlarına qoşulmaq istədiklərini bildirərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Nümayəndə heyətinin tərkibində Özbəkistan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Elmi Mərkəzinin Namanqan filialının Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, anestezioloq-reanimatoloq Murodullo Eraliyev, Özbəkistan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Elmi Mərkəzinin Qəbul-diaqnostika şöbəsinin müdiri, ümumi cərrah Davron Kərimov, Özbəkistan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Elmi Mərkəzinin ümumi cərrahı Caxongir Yarov iştirak ediblər.

 

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır