İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimləri tərəfindən ucqar kəndlərdə vətəndaşların müayinəsi aparılır
03.10.2023 09:12
TƏBİB-in tabeliyindəki İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət briqadası hər həftənin şənbə günü rayonun ucqar kəndlərində vətəndaşları müayinə edir.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, həkimlərin növbəti xəstə qəbulu Qubaxəlilli Ailə Sağlamlıq Mərkəzində baş tutub.
 
Qubaxəlilli ASM bölmə müdiri pediatr Sevda Bağırlının təşkilatçılığı ilə terapevt Mehman Qədirov, nevropatoloq Nüşabə Salehova, pediatr Jalə Bağırova xəstələri müayinə edib, onlara lazımi müalicə və məsləhətlərini veriblər.
 
Daha ətraflı diaqnostik müayinəyə ehtiyacı olan xəstələr Mərkəzi Xəstəxanaya yönləndiriliblər.
 
Məqsəd ucqar kəndlərdə yaşayan, müayinə və müalicə olunmaq üçün rayon mərkəzinə gəlməkdə çətinlik çəkən, eyni zamanda aztəminatlı əhaliyə tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır