Hepatit B virusunun daşıyıcıları kimlərdir?
06.10.2023 10:08
Hepatit xəstəliyinin 2 tip forması var: daşıyıcı və xəstə. Hepatit virusunun daşıyıcısı olmaq o deməkdir ki, qanda virus yükü qaraciyərə zərər verməyəcək dərəcədə azdır. Lakin virus qaraciyər və qanda olduğu üçün digər insanları yoluxdurma və aktiv Hepatit B-yə çevrilmə riski vardır.
 
Bu barədə Aztibb.az-a tanınmış hepatoloq, Diaqnoz Tibb Mərkəzinin həkimi Tofiq Əkbərov məlumat verib.
 
O, nə zaman xəstəyə daşıyıcı Hepatit B xəstəsisən deyildiyini açıqlayıb. Bildirib ki, qanda qaraciyər funkusiyon testləri normal 6 aydan uzun müddətli HBsAg pozitif (+), HBV DNT-nin az titrədə olması, Hepatit D-nin olmaması, eləcə də qaraciyər fibrozisinin olmaması daşıyıcını real xəstədən fərqləndirən əsas amildir.
 
Hepatoloqun sözlərinə görə, naktiv HBsAg daşıyıcılarında zaman içində HBsAg neqatifləşməsi və hətta anti-HBsAg pozitifləşməsi ola bilər. Xəstədə sirroz və ya irəliyə doğru ağırlaşmalar yoxdursa, daşıyıcılıq müalicəsiz izlənilməlidir:
 
"Daşıyıcı Hepatit B xəstələri həkim nəzarətində, qan analizləri ilə daim izlənməlidir. İnaktiv daşıyıcı Hepatit B xəstəliyi üzərinə hər hansı bir infeksiyon (Hepatit C, Hepatit D, HİV qrip) qoşularsa, hepatotoksiki təsirlər (ağrıkəsici, antibiotik, oral kontraseptiv, psixotrop dərmanlar, bitki mənşəli peraparatlar və bitkilər və s.) istifadə olunarsa xəstəliyə çevrilə bilər. Daşıyıcı Hepatit xəstəsi dərk etməlidir ki, hepatit B virusu qanında və qaraciyərində var və bu nə vaxtsa aktivləşə bilər. Hepatit xəstələri ildə 2 dəfə hepatoloq nəzarətində olmalı, lazımi müayinələrdən keçməli və digər sağlam insanları yoluxdurmamaq üçün çalışmalıdırlar".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub