Qənirə Paşayevanın ümumi vəziyyəti ağır olaraq qalır
28.09.2023 11:08

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

 

Aztibb.az AZƏRTAC-a istinadla bildirir ki, Mərkəzi Klinikadan veilən məlumata görə, aparılan kompleks müalicəyə baxmayaraq Q.Paşayevanın ümumi vəziyyəti ağır olaraq qalır.

 

Xatırladaq ki, sentyabrın 23-də millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də videobağlantı formatında məsləhətləşmələr aparılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub