Binəqədi Tibb Mərkəzində Anım Gününə həsr olunan tədbir keçirilib
28.09.2023 07:50
Binəqədi Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə ilk olaraq qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
 
Tədbiri giriş nitqi ilə açan Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov böyük zəfərə gedən yolun başlanğıcı olan 27 sentyabr tarixinin xalqımızın qəlbində daim yaşayacağını, qəhrəman şəhidlərimizin əziz xatirələrini biz və bizdən sonrakı nəsillərin yaşadacağını bildirib. Bu tarixin həm kədərli, eyni zamanda qürulu tarix olduğunu qeyd edən Ə.Sultanov bizə şanlı zəfəri yaşadan şəhidlərimizin ailə üzvlərinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. 
 
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə qazanıb. 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Ordumuz, cəsur əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, qəhrəmanlıq salnaməsi yazıblar.
 
Daha sonra Binəqədi Tibb Mərkəzinin Doğum evinin rəhbəri Zeynəb Hüseynova çıxış edərək 30 illik həsrəti sona çatdıran qəhrəman əsgərlərimizlə qürur duyduğunu bildirib. O, xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini və zəfərin milli vəhdətlə gəldiyini vurğulayıb.
 
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Pərviz Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm hərbi sahədə, həm də diplomatiya sahəsində apardığı uğurlu siyasətin yekunu olaraq 30 illik həsrətin sona çatdığını qeyd edib. P.Abbasov xalqımızın qəhrəmanlığının daim digər xalqlara örnək olacağını bildirib.
 
Vətən müharibəsində ön cəbhə xəstəxanalarında yaralı hərbçilərimizə tibbi yardım göstərən Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Vüsal Sədrayev müharibə zamanı tibb işçilərinin fədakar fəaliyyətindən bəhs edib.
 
Vətən müharibəsi qazisi, Binəqədi Tibb Mərkəzinin əməkdaşı Nahid Muradov öz döyüş yolundan söz açaraq şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını deyib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub