Neftçalada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
27.09.2023 15:25
Neftçala Rayon Mərkəzi Xəstəxanasında Anım Gününə həsr olunan tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbiri giriş sözü ilə açan Neftçala RMX-nın direktoru Elman Quliyev Zəfər tariximizdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, şəhid və qazilərimizin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb.
 
Daha sonra çıxış edən həkim Mehti Abbasov, Nəcibə Abdullayeva, Şölə İsmayılova qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik zəkası və güclü siyasəti nəticəsində əldə edildiyini, dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu vurğulayıblar.
 
Anım Günü ilə bağlı tədbirlər Neftçala Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki kənd həkim məntəqələrində də təşkil edilib. Aşağı Surra KHM kollektivi, kənd icra nümayəndələri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə yaşayış məntəqəsindəki şəhid məzarları ziyarət edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır