"Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir!
02.10.2023 09:56

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıtmaqda davam edir.

 

Rubrikada bu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsinin müdiri Füzuli Mehtiyev haqqında məlumatları diqqətə çatdırırıq.

O, 9 yanvar 1966-cı ildə Neftçala rayonunun Dördlər kəndində anadan olub. 1987-1993-cü illərdə Nəriman Nərimanov adına Tibb Universitetində təhsil alıb. 1993-1994-cü illərdə Bakı şəhəri 5 nömrəli kliniki xəstəxanada internatura keçib.
 
Füzuli Mehtiyev 1994-2000-ci illərdə Neftçala Şəhər Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışıb. 2000-2015-ci illərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində tibb məntəqəsi rəisi, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hisasəsində təminat üzrə komandirin müavini, 2018-2021-ci illərdə City Hospotalda həkim terapevt işləyib.
 
Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tərəfindən təltif olunub. Aprel döyüşlərində iştirak edərək T/X polkovnik-leytenantı hərbi rütbəsinə qədər yüksəlib. 2018-ci ildə yaşı ilə əlaqədar T/X polkovnik-leytenantı hərbi rütbəsində ehtiyata buraxılıb. Səhiyyə Nazirliyinin sertifikasiya komissiyasının imtahanını verib.
 
Hazırda Neftçala RMX-da TTTY şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır