"Yeni Klinika"ya "Sümük Densitometriya - DEXA" cihazı gətirilib
26.09.2023 12:46
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" tibb müəssisəsinə yeni cihazların gətirilməsi davam edir.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, ölkədə fəaliyyət göstərən az sayda tibb müəssisələrinin sahib olduğu "Sümük Densitometriya - DEXA" cihazı sayəsində sümük sıxlığını ölçmək mümkündür. Məhz bu cihazın vasitəsilə osteoporozun varlığı və dərəcəsi müəyyən edilir. "Sümük Densitometriya - DEXA" cihazının köməyi ilə müalicənin yekununda əldə edilən nəticəni əvvəlki müayinə ilə müqayisə etmək mümkündür.
 
Heç bir əlavə təsiri olmayan prosedur zamanı ağciyər rentgenoqrafiyasından alınan radiasiya dozasının yalnız onda biri qədəri alınır. Ağrısız həyata keçirilən prosedur təxminən 15 dəqiqə çəkir və heç bir ilkin hazırlıq tələb etmir.
 
Qeyd edək ki, osteoporoz sümüklərdə kalsium miqdarının azalması nəticəsində yaranan patalogiyadır. Bu halda sümüklər öz gücünü itirir və kövrəkləşir.
 
Osteoporozun erkən mərhələdə diaqnozunu qoymaq və xəstəliyin gedişatını müqayisəli şəkildə təhlil edə bilmək üçün inkişaf etdirilən sümük densitometriya sistemi osteoporoz səbəbiylə qırılma riskini təyin etmək üçün dünyada ən geniş istifadə edilən üsuldur.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır