"Xəstəliklərin aşkarlanmasında müasir diaqnostikanın rolu” mövzusunda seminar keçirilib
25.09.2023 11:05

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Göygöl Rayon Mərkəzi Xəstəxanasında “Xəstəliklərin aşkarlanmasında müasir diaqnostikanın rolu” mövzusunda seminar keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbir Azərbaycan Radiologiya Cəmiyyətinin, “Bayer” şirkətinin dəstəyi ilə keçirilən seminarın əsas məqsədi Azərbaycan radiologiya elmini təbliğ etmək, müvafiq tibbi xidmətin keyfiyyətini təkmilləşdirmək və həkimlərin professionallığını artırmaqdır.

 

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra çıxış edən tibb müəssisəsinin direktoru Vasif Əliyev seminarın iştirakçılar və həkimlər üçün faydalı olacağını vurğulayıb.

 

"ZOOM" platforması üzərindən keçirilən tədbirdə ətraf rayonlardan radioloqlar, pediatrlar, fərqli ixtisaslı cərrah həkimlər də iştirak ediblər.

 

Seminarda həkim-radioloqlar tərəfindən “Neyroradiologiyada nadir tapıntılar”, “Fetal kardiak skrininq”, “Süd vəzi xərçənginin diaqnostikasında tomosintezin rolu”, “Qaraciyər və ürək çatışmazlığı”, “Radioloji əlaqə, vaskulyar invaziv radiologiya”, “Kardiak MRT-də kontrast maddənin rolu”, “Anadangəlmə ürək qüsurlarında kardiak KT angioqrafiyanın rolu” və b. mövzularda təqdimatlar edilib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır