Ankarada “İİV infeksiyası ilə mübarizədə dayanıqlı xidmətin təmini” mövzusunda beynəlxalq tədbir keçirilib
21.09.2023 13:29
Türkiyə Respublikasının paytaxtı Ankarada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, Səhiyyə Sahəsində Siyasət və Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə “İİV infeksiyası ilə mübarizədə dayanıqlı xidmətin təmini” mövzusunda beynəlxalq tədbir keçirilib.
 
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Aztibb.az-a bildirilib ki, tədbirə İİV-ə (insanın immunçatışmzalığı virusu) testləşmə strategiyasına milli proqramın məsul nümayəndələri və səhiyyə müəssisəsinin texniki səviyyəli mütəxəssisləri dəvət olunublar.
 
Azərbaycanı beynəlxalq tədbirdə İİV-lə mübarizə tədbirlərinin milli koordinatoru kimi Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Mərkəzin Laboratoriya müdiri Səbinə İbrahimova təmsil ediblər.
 
Tədbirdə regional layihə çərçivəsində İİV üzrə laboratoriyalara təlim səfəri təşkil edilib, testləşmə xidmətinin desentralizasiyası, İİV-ə testləşmə alqoritminin sadələşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.
 
Toplantı zamanı Azərbaycanın İİV-lə mübarizə üzrə təcrübəsi paylaşılıb, əldə olunan nailiyyətlər barədə təqdimat edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır