Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 2 əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
21.09.2023 11:57

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Şirin Muştaqov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə Şirin Muştaqovun ölkəmizin səhiyyə sistemi üçün hər zaman ürəklə çalışdığı qeyd olunub.

 

Daha sonra TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə hazırlanmış təşəkkürnamə və bir sıra hədiyyələr Şirin Muştaqova təqdim olunub.

 

Tədbirdə, həmçinin Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Vəndam ASM şöbəsinin ailə həkimi-terapevti Xitilov Balabəy Bəyalı oğluna Fəxri fərman və bir sıra hədiyyələr təqdim olunaraq təqaüdə yola salınıb.

 

Vurğulanıb ki, Şirin Muştaqov və Balabəy Xitilov  tibb müəssisəsində fəaliyyət göstərdikləri müddət ərzində həm kollektivin, həm də vətəndaşların böyük sevgi və hörmətini qazanıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır