Ağır vəziyyətdə olan insanlara vaxtında və zəruri tibbi xidmət göstərməyi bacaran yüksəkixtisaslı həkim - Tofiq Bayramov
25.09.2023 16:41

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə ağır vəziyyətdə olan insanlara vaxtında və zəruri tibbi xidmət göstərməyi, saniyələr ərzində düzgün qərar verməyi bacaran yüksəkixtisaslı mütəxəssis, təcili tibbi yardım həkimi Tofiq Bayramovu təqdim edirik.

 

O, 1988-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. 1988-1989-cu illərdə 3 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib.

 

Tofiq Bayramov əmək fəaliyyətinə 1986-cı ildə A.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında tibb qardaşı kimi başlayıb, 1988-ci ilə qədər orada işləyib. 1989-2012-ci illərdə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2012-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi fəaliyyət göstərir.

 

Həkim Mərkəzi Gömrük Hospitalında protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi, kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan pasiyentlər üçün ilkin qiymətləndirmə və yardım, xəsarət almış və şok halında olan xəstələrin, eləcə də beyin zədəsi olanların Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya, kiçik cərrahi prosedurların aparılmasını həyata keçirir. 

 

Özünə qarşı tələbkar olan yüksəkixtisaslı həkim Tofiq Bayramov müxtəlif ölkələrdə keçirilən konfranslarda, kurslarda, təlimlərdə həvəslə iştirak edir, bəhrələndiyi təcrübələri öz işində tətbiq edir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır