Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ÜST ekspertləri tərəfindən təlim keçirilib
20.09.2023 09:03
ÜST-nin Azərbaycan Nümayəndəliyi yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Azərbaycanda səhiyyə sahəsində təhsilin təkmilləşdirilməsinə dəstək verməyə davam edir.
 
Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, sentyabrın 5-dən 13-dək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) səhiyyənin müxtəlif sahələri üzrə ixtisaslaşmış 15 nəfərlik müəllim qrupu üçün təlim keçirdilib.
 
Bu təlim üçün ÜST ekspertləri tərəfindən həm nəzəri bilikləri, həm də praktik bacarıqları təkmilləşdirməyi hədəfləyən 7 günlük xüsusi proqramı hazırlanıb. Proqramın məqsədi səhiyyə təhsilində tədrisin məzmununu yeniləmək, müasir təhsil yanaşmaları ilə tanışlığı təmin etmək və bu sahədə çalışan müəllimlər arasında davamlı peşəkar inkişafı dəstəkləməkdir. Davamlılığın təmin edilməsi üçün proqram “Təlimçilərin təlimi” formatında təşkil edilib.
 
“Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində ötən ildən başlayaraq ADHTİ-də ümumilikdə 100-ə qədər iştirakçını əhatə edən 8 oxşar təlim təşkil edilib. Hazırkı təlim əvvəlki sessiyalardan məzun olmuş təlimçilər tərəfindən tədris olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır