İstinin sağlamlığa zərərini azaltmaq üçün yeni texnologiya işlənilib
19.09.2023 10:12

XXI əsrin əvvəllərindən etibarən qlobal istiləşmə planetimizin qarşısına çıxan ekoloji münaqişələr sırasında öndə dayanır. Bu artan istilik dəyərləri urbanizasiyanın təsiri ilə asfalt örtüklü yolların əriməsi kimi neo-ekoloji problemləri də özü ilə gətirdi.

 

Aztibb.az xəbər verir ki, bunu nəzərə alaraq, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun elmi işçisi Hacı Vahid Axundzadə ilə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin doktorantı Bəxtiyar Nəcəfov məlumatlara əsaslanan elmi əməkdaşlıq əlaqələri çərçivəsində birgə fəaliyyət göstəriblər. Bu əməkdaşlıq nəticəsində yüksək istiləyə davamlı yeni nəsil asfalt texnologiyası tərtib edilib.

 

Türkiyənin Yıldız Teknik Universitetində aparılan müstəqil analizlər bu asfaltın bitum kompozisiyasının 65 dərəcəyə qədər fiziki dəyişikliyə uğramadığını aşkar edib. Mövcud statistik göstəricilərə əsasən, 2000-ci illərdən bu bu günədək urban bölgələrdəki istilik göstəriciləri monoton şəkildə artıb, xüsusən 2020-ci illərin əvvəlindən etibarən isti hava dalğalarının tezliyi və intensivliyi kritik səviyyədə təzyiq yaradıb.

 

H.Axundzadə və B.Nəcəfov tərəfindən hazırlanan innovativ asfalt texnologiyası yalnız Türkiyə və Azərbaycan üçün deyil, qlobal şərait üçün də mühüm strateji əhəmiyyət kəsb edir. Əriyən asfalt yolların funksionallığını azaltmaqla yanaşı, şəhərlərdə isti ada effektini də kataliz edərək, mikroklimatik dəyişikliklərə səbəb olur. Aparılan tədqiqatlarla yeni asfalt texnologiyasının bu dəyişiklikləri minimuma endirəcəyi sübuta yetirilib.

 

Türkiyədə qurulması planlaşdırılan teknopark şirkəti vasitəsilə bu asfalt texnologiyasının dünya ölkələrində tətbiqi üçün platformanın yaradılması planlaşdırılır. Türkiyə və Azərbaycanın bu elmi və texnoloji əməkdaşlığı qlobal ekoloji problemlərə adaptiv və innovativ həll yolu tapmaq üçün nümunəvi bir təşəbbüsdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır