"Pasiyentə tək seansda 3 fərqli nahiyədə əməliyyat icra etməli olduq" - Uzman cərrah Eldar Bağırov
19.09.2023 09:33
Pasiyent Niyaməddin Nəbiyev 15-20 gün əvvəl qəflətən başlayan sol ayaqda şiddətli ağrı, şişlik, istilik, qızartı şikayəti ilə Bakının tanınmış tibb müəssisələrindən birinə müraciət edib. Pasiyentə “alt nahiyə dərin venaların kəskin trombozu” diaqnozu qoyulub. Əməliyyat etmək istəsələr də, patologiyalar yaranıb, ağırlaşmalar baş verib.
 
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsindəki məlumatda bildirilir.
 
Qeyd olunub ki, pasiyentin yaxınları Abşeron Rayon Mərkəzi Xəstəxanasının uzman ürək-damar və endovaskulyar cərrahı Eldar Bağırovdan onu müayinə etməyi istəyiblər. Müayinə sonrası Niyaməddin Nəbiyev Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Pasiyentə Eldar Bağırov tərəfindən xəstəxananın hibrid əməliyyat otağında invaziv proseduru icra edilib. Xəstədə əvvəlcə yalnız sol ayaqda tromboz diaqnozu olsa da, düzgün olmayan müalicə nəticəsində sağ ayağının dərin damarında da kəskin tromboz yaranmışdı. Həmçinin ilk müalicə aldığı tibb müəssisəsində taxılan vena kava filtrinin içərisi tamamilə trombla dolmuş və tıxalı olub.
 
"Eyni əməliyyatda sağ ayağı, daha sonra vena kava filtrinin içərisini, sonda isə sol ayağın dərin venalarını tromblardan tamamilə təmizlədik. Bu prosedurlar unikal 4 mərhələli invaziv tromboektomiya və tromboaspirasiya vasitəsilə həyata keçirildi. Adətən pasiyentlərdə bir seansda cəmi bir nahiyə üzrə bu prosedur həyata keçirilsə də, biz N.Nəbiyevə tək seansda 3 fərqli nahiyədə əməliyyat icra etməli olduq.
İnvaziv damar prosedurlarının tətbiqi üçün müasir standartlara uyğun şərait yaradan Abşeron Rayon Mərkəzi Xəstəxanasına və TƏBİB-ə təşəkkür edirəm”, - deyə cərrah Eldar Bağırov bildirib.
 
Məlumat üçün bildirək ki, uzman ürək-damar və endovaskulyar cərrah Eldar Bağırov 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetində bakalavr, 2004-2010-cu illərdə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi bölməsində uzmanlıq təhsili alıb. 2011-2012-ci illərdə Osmangazi Universitetində, 2014-2023-cü illərdə İhtisas Xəstəxanasında çalışıb. 2017-ci ildən bu günə qədər Türkiyədə aktiv yüzlərcə xəstəyə endovaskulyar cərrahi prosedurlar həyata keçirib. O, hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır