Yeni qiymətləndirmə metodları müzakirə olunub  
14.09.2023 09:36

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Xəzər Universitetinin rektoru İradə Xəlilova və tibb təhsili üzrə ekspert, ABŞ Arizona dövlət universiteti ilə çalışan Francisco Gutierrez ilə görüş keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, görüşdə mini klinik qiymətləndirmə tapşırığı - Mini-KQT (Mini clinical evaluation exercise - Mini-CEX), PBBM - prosedur bacarıqlarının birbaşa müşahidəsi (Direct Observation of Procedural Skills- DOPS), Situasiya/klinik hala əsaslanan müzakirə (Case-Based Discussion - CbD), 360 dərəcə kimi yeni qiymətləndirmə metodları müzakirə olunub, həmçinin tapşırıq-əsaslı öyrənmə, klinik təqdimatla öyrənmə, problem-əsaslı öyrənmə, hadisə-əsaslı öyrənmə kimi yeni tədris metodları haqda fikir mübadiləsi aparılıb.

 

Görüşdə ATU-nun öz bazalarında iş-əsaslı təhsil və Şamaxıda icma əsaslı təhsil həyata keçirilməsinə toxunulub.

 

Qonaqlara Klinikanın direktoru Cavid Paşayev və İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva tərəfindən 3 proqramın akkreditasiyası, eləcə də universitet kampusu (4 klinika, kafedralar və onların laboratoriyaları) və yeni təhsil proqramı haqqında məlumat verilib.

 

İ.Xəlilova və F.Gutierrez klinika ilə yaxından tanış olub, konsiliumda iştirak edib və I Cərrahi xəstəliklər kafedrasında olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır