Azərbaycan İspaniyada keçirilən beynəlxalq konfransda təmsil olunur
13.09.2023 17:23
İspaniyanın Sevilya şəhərində sentyabrın 11-dən 14-dək “Avropa və Mərkəzi Asiyada davamlı inkişaf məqsədləri dövründə fəaliyyətləri icra etmək və hədəflərə nail olmaq” mövzusunda beynəlxalq konfrans keçirilir. Beynəlxalq tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, direktor müavini Günəş Cəfərova və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşı Sevinc Həsənova təmsil edirlər.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, tədbirdə İİV-lə mübarizə sahəsində region ölkələrinin təcrübələri və nailiyyətləri barədə məruzələr dinləniləcək. Eyni zamanda, konfransın gündəliyinə məqsədyönlü və səmərəli test strategiyalarının müəyyən edilməsi, İİV-ə yoluxma riski yüksək olan əhali arasında testləşmənin gücləndirilməsi, “İBBSS və SE” tədqiqatlarının təkmilləşdirilməsi barədə fikir mübadilələrinin aparılması kimi məsələlər daxildir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır