Qəbələ Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
14.09.2023 09:49
“Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə yeni kadr təyinatı olub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, 1991-ci il təvəllüdlü Fariz Abdullayev tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə müdir təyin edilib.
 
O, 2009-2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb, ümumi cərrahiyyə ixtisası üzrə rezidentura keçib. 2021-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının III Cərrahi xəstəliklər kafedrasında ümumi cərrah və müəllimi, 2022-ci ildən isə Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasında müəllim və ümumi cərrah vəzifəsində çalışıb.
 
Fariz Abdullayev Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışdığı dövr ərzində COVID-19 pandemiyası ilə aktiv şəkildə mübarizə aparanlardan biri olub. Həmçinin Vətən müharibəsində yaralanan əsgərlərimizə gecə-gündüz qulluq edərək 200-ə yaxın əməliyyatda iştirak edib, onların sağlamlıqlarına qovuşmaları üçün əlindən gələni əsirgəməyib.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır