Azərbaycanlı oftalmoloqlar Avstriyada 41-ci ESCRS toplantısında məruzələrlər çıxış ediblər
13.09.2023 14:39
8-12 sentyabr tarixlərində Avstriyanın Vyana şəhərində ənənəvi 41-ci ESCRS toplantısı keçirilib.
 
Toplantıda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları - t.ü.f.d. Nigar Həsənova, t.ü.f.d. Nərminə Hacıyeva, t.ü.f.d. Aygün Səfərova, Cəmil Həsənov, Sidiqə Əliyeva, Ləman Əsgərova, Aysel Əkbərova və rezident Emin Ərəbov iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Milli Oftalmologiya Mərkəzindən məlumat verilib.
 
Tədbirdə Cəmil Həsənov “Refrakter qlaukomalarda klapansız qlaukoma drenajları implantasiyasının Azərbaycanda uzunmüddətli nəticələri”, t.ü.f.d. Nigar Həsənova "Hallerman- Ştreiff sindromu", Sidiqə Əliyeva "Buynuz qişanın ektaziyasının korneal rekonstruksiya üçün femtosaniyə lazerlə müalicəsi", Ləman Əsgərova və Sidiqə Əliyeva isə “Keratokonuslu gözlərdə krosslinkinq sonrakı nəticələr" adlı e-poster məruzələr ilə çıxış ediblər.
 
ESCRS Vienna 2023 konfransının bir günü WSPOS “Beynəlxalq oftalmologiya və çəpgözlük” ixtisas gününə həsr olunub. Burada dünyaca məhşur uşaq oftalmoloqları və strabizmoloqlar bu sahənin müxtəlif istiqamətləri üzə məruzələr oxuyublar. Milli Oftalmologiya Mərkəzinin həkimi Aysel Əkbərova bu ixtisas günündə iştirak edib.
 
Konfrans maraqlı elmi müzakirələrlə yadda qalıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb