“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası" layihəsi çərçivəsində təlim keçirilib
13.09.2023 12:25
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlığı, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən "Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası" layihəsi çərçivəsində yerli təlimçilər üçün Psixi Sağlamlıq Çətinlikləri üzrə Fəaliyyət Proqramı (mhGAP) təliminin ikinci hissəsini təşkil edib.
 
Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, təlim 8-12 sentyabr tarixlərini əhatə edib. “mhGAP” üzrə beynəlxalq sertifikatlı təlimçi Nino Maxaşvili tərəfindən keçirilən 5 günlük təlim zamanı 20 yerli təlimçi depressiya, intihar, stres, uşaq və yeniyetmələrdə psixi sağlamlıq mövzuları barədə məlumatlar əldə ediblər.
 
Bununla yanaşı, gələcək təlimçilərin təqdimat və idarəçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə qrup işləri təşkil olunub.
 
Təlimin son günündə isə iştirakçılar seçdikləri mövzu üzrə qrup işləri hazırlayaraq nəzəri biliyi praktikada tətbiq ediblər.
 
Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır