Amerika Endokrinologiya Konqresinə ilk dəfə türkiyəli alim rəhbərlik edəcək
20.10.2020 10:18

Professor Okan Bülent Yıldız hormonal xəstəliklər sahəsində süni intellekt və zədələnmiş hüceyrələr, toxumalar və orqanların yenidən işlək vəziyyətə gətirilməsinə dair tədqiqatlarla məşğul olan 27 mindən çox alimin iştirak etdiyi Amerika Endokrinologiya Konqresinin (ENDO) həmsədri seçilən ilk türkiyəli alim olub.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Hacettepe Universiteti Tibb Fakültəsi Endokrinologiya və Metabolizm Bölməsinin müəllimi olan Okan Bülent Yıldız türk tibbinin getdikcə daha yüksək yerlərə gəldiyini və türk alimlərinin ölkə daxilində və xaricdə əhəmiyyətli araşdırmalar apardıqlarını, eləcə də əhəmiyyətli vəzifələrdə söz sahibi olduqlarını deyib.

 

Türkiyədə tibbin bir çox sahələrində vacib elmi araşdırmalar apardığını dilə gətirən O.Yıldız xüsusilə piylənmə və qadın metabolik sindromu ilə bağlı aparılan tədqiqatlara diqqət çəkib. O, dünyada hormon xəstəlikləri olaraq bilinən endokrinologiya sahəsində iki ayrı qeyri-hökumət təşkilatından birinin Avropa Endokrinologiya Dərnəyi, digərinin isə Amerika Endokrinologiya Cəmiyyəti olduğunu deyib.

 

Qeyd edək ki, alim 2017-ci ildə Avropa Endokrinologiya Dərnəyinin Portuqaliyada keçirilən konqresinin prezidenti seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır