Uşaq Nevroloji Xəstəxanası 53 ildir vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərir
13.09.2023 09:20
Uşaq Nevroloji Xəstəxanası 1971-ci ildə yaradılıb. Xəstəxana 2022-ci ildən TƏBİB-in tabeliyindəki “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərir.
 
Aztibb.az Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla Xəstəxanasının şöbələri, tibb personalı, kimlərin müraciət edə bilməsi haqda məlumatı təqdim edir.
 
Uşaq Nevroloji Xəstəxanası daxilində 10 şöbə vətəndaşlara xidmət göstərir. Bunlar Uşaq metabolizmi və irsi xəstəliklər, Nevrologiya, Yeni doğulmuşların patologiyası, Nevroloji reanimasiya və intensiv terapiya, Poliklinika, Təcili tibbi yardım, Fizioterapiya kabineti, Pedaqoji kabinet, Laboratoriya, Şüa diaqnostika şöbələridir.
 
Uşaq Nevroloji Xəstəxanasındakı şöbələrdə nevroloji xəstəliklərin müayinə və müalicəsində müasir avadanlıqlardan istifadə edilir.
 
Müəssisədə psixiatr və oftalmoloqlar da olmaqla 61 həkim, 75 tibb bacısı, loqoped və psixoloqlar çalışır.
 
Uşaq Nevroloji Xəstəxanasında 0-17 yaş arası mərkəzi və periferik sinir sisteminin anadangəlmə və qazanılma olmaqla müxtəlif mənşəli patologiyaları (ensefalopatiya, ensefalit, mielit, neyropatiya, parez və ifliclər, epilepsiya və b.) olan xəstə uşaqlar müayinə və müalicə olunur.
 
Tibb ocağında Bakı şəhəri ilə yanaşı, respublikanın bütün bölgələrindən olan xəstələrin müalicəsi mümkündür.
 
Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub