Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İtaliyada beynəlxalq konqresdə iştirak edir
11.09.2023 10:09
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İtaliya Respublikasının Milan şəhərində keçirilən Avropa Respirator Cəmiyyətinin (ERS) Konqresində iştirak edir.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
İsmayıl Əfəndiyev Avropa Respirator Cəmiyyətinin (ERS) prezidenti Marc Humbert, ERS Konqresinin sədrləri, professorlar Morisa Bonsignore və Sergio Hararenin şəxsi dəvəti ilə beynəlxalq tədbirə qatılıb.
 
Dünyanın 110-dan çox ölkəsindən 5000-dən çox əyani iştirakçısı olan irimiqyaslı konqresin plenar və panel sessiyalarında indiki dövr üçün aktual problem olan respirator sistemin müxtəlif patologiyaları, o cümlədən toksik və allergik zədələnmələrə aid məsələlər müzakirə olunub.
 
Konqresdə respirator xəstəliklərin epidemiologiyası, onların diaqnostikasının yeni növlərinin tətbiqi, müalicəsinə müasir yanaşmalar və bir sıra digər aktual məsələlər dünyanın və Avropanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb və müzakirə edilib.
 
Beynəlxalq tədbir öz işini sentyabr ayının 13-nə qədər davam etdirəcək.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır