TƏBİB-in tibbi briqadaları fövqəladə halların idarə edilməsi üzrə “Bakı 2023” beynəlxalq təlimində iştirak edib
09.09.2023 08:30

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları“ QSC-nin rəhbər vəzifəli şəxsləri izləyiblər.

 

Təlimin keçirilməsinə dəstək üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 1 məsul şəxs və 5 həkim briqadası cəlb edilib. Həkim briqadalarının hər birində 1-i həkim, 1-i orta tibb işçisi, 1-i sürücü olmaqla 3 nəfər iştirak edib.

 

Qeyd edək ki, təlim irimiqyaslı fövqəladə hallar zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə cavabdeh qurumlarının xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.

 

Əvvəlcə təlimdə iştirak edən xilasetmə qurumlarının texnika və avadanlıqlarına baxış keçirilib.

 

Sonra təlim qərargahında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.

 

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim planına uyğun olaraq episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 km cənub-şərqdə dağıdıcı zəlzələ baş verib. Şərti zəlzələ nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilir.

 

Şərti hadisə ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılır.

 

Dağıntıların miqyası nəzərə alınaraq yardım üçün edilən müraciət əsasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müvafiq qurumlarının qüvvələri hadisə bölgəsinə göndərilir və yerli qurumlarla birgə zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatı icra olunur.

 

Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

 

Sonda Azərbaycanın Dövlət bayrağı və TDT-in bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin və Türkiyə Respublikasının təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb