ATU əməkdaşı bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konqresdə ölkəmizi təmsil edib  
10.09.2023 13:14

Azərbaycan Tibb Universitetinin (ATU) Birinci cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konqresdə ölkəmizi təmsil edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tanınmış cərrah Beynəlxalq Piylənmə və Metabolik Xəstəliklərin Cərrahiyyə Federasiyasının (IFSO) XXVI toplantısında təqdimatla çıxış edib. Cərrahların beynəlxalq təşkilatı olan IFSO dünyanın fərqli ölkəsindən yüzlərlə mütəxəssisi, 70-dən çox milli təşkilatı özündə birləşdirir. İtaliyanın Neapol şəhərində keçirilən dünya konqresində bariatrik cərrahiyyənin pionerləri sayılan mütəxəssislər, beynəlxalq aləmdə tanınan alimlər iştirak ediblər. ATU əməkdaşı toplantıdakı çıxışı zamanı Azərbaycan üzrə statistika ilə iştirakçıları tanış edib.

 

T.Ömərovun sözlərinə görə, artıq 4 ildir ki, ölkəmizdə aparılan bariatrik metabolik cərrahiyyə əməliyyatları beynəlxalq statistikaya daxil edilir.

 

Xatırladaq ki, T.Ömərova məxsus laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası - “Aşırı piylənməsi olan xəstələrdə bariatrik - metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu üçün Avrasiya Patent Təşkilatından (EPO) patent alıb, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib.

 

Qeyd edək ki, ATU-nun adı 2021-ci ildən etibarən İFSO beynəlxalq təşkilatının Qlobal Reyestrinə daxil olub. İllik hesabat şəklində dərc olunan bu reyestrdə inkişaf etmiş dövlətlərdə bariatrik cərrahiyyə sahəsində aparılan əməliyyatların, qeydə alınan və müalicə edilən xəstəliklərin dəqiq sayı, dürüstlük əmsalı əks olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır