Birinci tip şəkərli diabet olan uşaqlar üçün keçirilən yay düşərgəsində bu il 100 uşaq iştirak edib
08.09.2023 14:49
TƏBİB, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə 1-ci tip şəkərli diabet olan uşaqlar üçün nəzərdə tutulan yay düşərgəsinin bitməsi münasibətilə tədbir keçirilib.
 
Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.
 
02-07 sentyabr tarixlərini əhatə edən və “Cırtdan” uşaq istirahət və əyləncə mərkəzində təşkil olunan düşərgədə uşaqlar müxtəlif məşğələlərdə, müsabiqələrdə iştirak etməklə öz yaradıcılıq imkanlarını üzə çıxarıb və bacarıqlarını inkişaf etdiriblər.
 
“Şəkərli diabet üzrə 2005-2009-cu illər üçün Dövlət Proqramı”nda şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reabilitasiya yardımının təşkil edilməsi haqqında 39-cu bəndə uyğun olaraq TƏBİB-in nəzdindəki Respublika Endokrinoloji Mərkəzin əməkdaşlığı, “Novo Nordisk”, “Medtponik” şirkətlərinin sponsorluğu ilə keçirilən yay düşərgəsində bu il 100 uşaq iştirak edib.
 
Düşərgə dövründə diabetli uşaqlara xəstəliklərinə uyğun proqram tərtib edilərək öz xəstəlikləri ilə necə yaşamaq üçün dərslər keçirilib, psixoloqlar tərəfindən uyğun yardımlar göstərilib.
 
Bağlanış mərasimində uşaqlar öz yaradıcılıqlarını nümayiş etdirib, düşərgə müddətində müxtəlif müsabiqələrə qatılan qaliblər mükafatlandırılıb və təşəkkürnamələr təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır