Sumqayıt Tibb Mərkəzinin direktoru tabeli tibb müəssisələrində xəstələrin vəziyyəti ilə tanış olub  
08.09.2023 11:40
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova 2 nömrəli Xəstəxananın müvəqqəti fəaliyyət göstərdiyi Modul tipli korpusda mövcud vəziyyətlə tanış olub. STM-in direktor müavini İlkin Namazovun, 2 nömrəli Xəstəxananın baş həkimi Adil Rzayevin də iştirak etdiyi ziyarət zamanı direktor Endokrinologiya, Terapiya və Göz xəstəlikləri şöbəsində olub.
 
Bu barədə Aztibb.az STM-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir.
 
Xəstələrlə fərdi söhbət aparan S.Sadıxova göstərilən xidmətlərin səviyyəsi ilə maraqlanıb.
 
Söhbət əsnasında xəstələr göstərilən xidmətlərin təşkilindən məmnunluqlarını ifadə ediblər.
Bununla yanaşı, direktor 1 nömrəli Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə baş çəkib. Xəstəxananın baş həkimi Mətləb Musayev şöbədə müalicə alan xəstələr barəsində direktora geniş məlumat verib. Orada müalicə alan xəstələrin vəziyyəti ilə maraqlanan S. Sadıxova xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev 6 fevral 2019-cu ildə 2 nömrəli Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzalayıb. Xəstəxananın şöbələri Modul tipli korpusa və digər tibb müəssisələrinə köçürülüb.
 
Yeni xəstəxana binasında işlər yekunlaşıb və yaxın vaxtlarda şəhər sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır