TƏBİB: "Azərbaycanda yanıq xəstələrinə xidmət üçün mərkəz yaradılacaq"
19.10.2020 21:06

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyə Yanıq Koordinatoru, Ankara Şəhər Xəstəxanası Yanıq Müalicə Mərkəzinin rəhbəri, pr. Ahmet Çınar Yastı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən görüş TƏBİB-in təşkilatçılığı ilə yeni yanıq müalicə mərkəzinin yaradılması ilə əlaqədar olub.

 

Görüşdə bildirilib ki, TƏBİB-in fəaliyyətində ən vacib istiqamət hər bir Azərbaycan vətəndaşı üçün tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin təmin edilməsidir. Qeyd olunub ki, müvafiq araşdırmaların nəticəsi göstərir ki, ölkəmizdə yanıq xəstələrinin müalicəsi ən zəruri istiqamətlərdən biridir. 

 

“Artıq bu profil üzrə fəaliyyətin operativ həyata keçirilməsi məqsədilə yanıq xəstələrinə xidmət etmək üçün yeni mərkəzin yaradılması planlaşdırılır. Eyni zamanda, bu istiqamətdə yüksək kvalifikasiyalı işçilərin sayının az olmasını, yanıq xəstələrinə qulluğun uzunmüddətli və zəhmət tələb edən proses olduğunu nəzərə alaraq, həmin müəssisənin fəaliyyətə başlaması ölkə səhiyyəsi üçün mühüm addım olacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır